kasik_fitikYırtıqlar hər yaşda olan qadın və kişilərdə rastlana bilər. Yırtıq yeni doğulan uşaqdan yaşlı insanlara qədər hər kəsdə rastlanan bir xəstəlikdir. Bütün yırtıqların 90%-ni qasıq yırtıqları təşkil edir. Göbək və kəsik yeri yırtıqları geridə qalan 10%-lik hissəni təşkil edir.

Qasıq yırtıqları kişilərdə, göbək yırtıqları isə qadınlarda daha tez-tez rastlanır. Hamiləlik dövrü, qadınlarda göbək yırtığının əmələ gəlməsinə səbəb ola bilər. Laparoskopik əməliyyatlardan sonra rastlanan trokar yeri yırtıqları da kəsik yırtıqlarının bir növüdür.

Yırtıq idmanla, arıqlamaqla və ya dərman müalicəsi ilə yox olmur. Yırtıqlar özbaşına buraxıldığı zaman da sağalmır. Yırtıq diaqnozu qoyulduqdan sonra ən qısa müddətdə bərpası həyata keçirilməlidir.

Hamiləlik dövrü, göbək yırtığının ortaya çıxmasına səbəb olur.

Yırtıq riskləri nələrdir:
Müalicə edilməmiş yırtıqlar, boğulmuş yırtığa çevrilir və bunun nəticəsində bağırsaq düyünlənməsi və ya sonrakı mərhələdə isə bağırsaq qanqrenasına səbəb olur. Boğulmanın səbəbi, bağırsağın öz ətrafında dönüb yırtıq kanalına sıxışmasıdır. Bunun hiss edilməməsi hallarında qan dövranı pozulan bağırsaqlarda qanqrena olur və sadə bir yırtıq xəstəliyi, təcili əməliyyata ehtiyac duyulan ciddi bir problemə çevrilir. Ayrıca, boğulmuş qasıq yırtığı, kişilərdə xayaların da zərər görməsinə səbəb olur.

Yırtığın bildiyimiz tək müalicə metodu cərrahi metoddur. Yırtığa səbəb olan qarın divarındakı fiziki bir hal olan yırtılmanın, yenə eyni metodla, yəni fiziki yolla bağlanması müalicə üçün tək çarədir. Bəzi xəstələr yırtıq bağı və ya korsetdən istifadə edərək bir az rahatladıqlarını hiss edə bilərlər, ancaq bunlar yırtığın müalicəsinə heç bir təsir etmir və yırtığın səbəb olduğu risklərdən də qorumur.

YIRTIQ, MÜALİCƏSİ OLAN BİR XƏSTƏLİKDİR.

Comments 

 
+1 #4 Dr Hamdi Kocer 2014-02-14 07:49
Mart ayında Baküye geleceğim hastalarımı görmeye. Siz, zahmet olmazsa, 0 77 767 77 92 numaralı telefondan Samire hanım ile elaqa saklayıp qabule yazılabilirsini z. Kendisinden bilgi alabilirsiniz.

Quoting Leman:
Salam hekim.men hekime getdim medem agriyirdi yoxladi dediki deri aldi balaca yirtiq var.bawqa hekime getdim dediki medende qastiritdir.mualice etdim qastiride Wukur duzelmiwem.amma acanda medemin aldinda bir wiw kimi cixir.ama yemek yeyende cixmir olmur.Qorxuram yirtiq olar/Xahiw edirem cavab yaxin.Tewekkurler.
Quote
 
 
0 #3 Leman 2014-02-13 22:47
Salam hekim.men hekime getdim medem agriyirdi yoxladi dediki deri aldi balaca yirtiq var.bawqa hekime getdim dediki medende qastiritdir.mualice etdim qastiride Wukur duzelmiwem.amma acanda medemin aldinda bir wiw kimi cixir.ama yemek yeyende cixmir olmur.Qorxuram yirtiq olar/Xahiw edirem cavab yaxin.Tewekkurler.
Quote
 
 
+2 #2 Dr Hamdi Koçer 2014-01-17 19:22
Yırtıq ile alakalı değil. Göbek çukurunda iltihap veya kist olabilir.

Quoting feride:
salam hekim meim gobeyimde xal var et xala benzeyir,birde idman edende maye gelir.pis qoxu verir.
Quote
 
 
0 #1 feride 2014-01-17 14:52
salam hekim meim gobeyimde xal var et xala benzeyir,birde idman edende maye gelir.pis qoxu verir.
Quote